» » » Azərbaycanın ən çılğın azarkeş qrupu 10 illik yubileyini qeyd edir!

Azərbaycanın ən çılğın azarkeş qrupu 10 illik yubileyini qeyd edir!

Azərbaycanın ən çılğın azarkeş qrupu 10 illik yubileyini qeyd edir!Azərbaycanın ən çılğın azarkeş qrupu olan Forza Neftçi 10 illik yubileyini qeyd edir. Bununla əlaqədar qrup öz Facebook səhifəsində azarkeşlərə müraciət edib.
 
Bu gün "Forza”mızın 10 yaşı tamam olur!
Ailəmiz həyatının əsas hissəsini "Neftçi”yə həsr etmiş insanlardan ibarətdir. Yaş artdıqca bizim enrjimiz azalmır, əksinə daha da artır. Bu yubiley bizə Azərbaycan tribunasında indiyə kimi görülməmiş, daha maraqlı və kreativ işləri etməkdə böyük motivasiya verir. Yaşlandıqca böyüyəcək və daha da güclü olacağıq. 10 illiyimizdə "Neftçi”mizin çempionluğu bizə ən böyük hədiyyə olacaq!
Bu illər ərzində çox çətinliklər gördük. Arxamızca danışanlar, yalan yerə söz çıxaranlar, ara qatanlar, yalançı təriflər, qalstuklu "azarkeş”lər, nə bizə, nə də komandaya layiq olmayan, qeyri-səmimi özünü yaxın hiss edənlər, buynuzun çomağa sürtənlər və s. 10 il ərzində ətrafımızda aktiv oldular. Amma aramıza qatılan köstəbəklərə qədər hamısının cavabı vaxtında, necə lazımdırsa, biz tərəfdən verildi. Komandamızın rəhbərliyindən də çox "canı yanan”ı evlərinə əliboş yola saldıq. 2 il öncəyədək müxtəlif adamlar klubu az qala divizyona yollayırdılar. Lazım olduğu kimi flaqmana sahib çıxdıq. Birlikdə bu çətinliklərin öhdəsindən gəldik. Sonuncu pillədən indiki ilk sıraya qədər "Neftçi”nin yanında olduq, sevdik, sevildik və hər zaman da komandamızın arxasında əsas sahib kimi dayanacağıq!
Ad günümüz münasibətilə, üzvlərimizdən hərbi xidmətdə olan əsgər qardaşlarımızı və xaricdə təhsil alan qardaşlarımızı təbrik edirik. Onlar "Forza”lı olaraq, bizdən uzaqda olsa da, ürəklərimiz onlarladır. Hər bir qardaşımızın uğuru bizim uğurumuz sayılır. Biz bu ailə üçün ən az belə olsa, əziyyət çəkmiş oğlanların hesabına böyümüş və yumruq kimi bir olmuşuq. Həmçinin, vaxtsız yerə bu dünyadan köçən Müsəllim qardaşımızı da heç vaxt unutmayacağıq. O bizim qəlbimizdə ən gözəl ürəyə sahib Neftçililərdən biri olaraq qalacaq. "Forza”da olan hər bir qardaşımıza dəstək olur, uğurlarına sevinirik. Hər bir üzvümüzə həmişəki kimi möhkəm və güclü qalmağı arzu edirik! Yaşımız mübarək!
49     
Reklam

Reklam