» » » TRANSFER: AZAL-ın sabiq Ukrayna futbolçusu və Venesuela millisinin üzvü "Keşlə"də! FOTOLAR

TRANSFER: AZAL-ın sabiq Ukrayna futbolçusu və Venesuela millisinin üzvü "Keşlə"də! FOTOLAR

TRANSFER: AZAL-ın sabiq Ukrayna futbolçusu və Venesuela millisinin üzvü "Keşlə"də! FOTOLAR"Keşlə" FK heyətini gücləndirmək üçün yeni futbolçuları heyətinə cəlb edib. Premyer.az bildirir ki, klub rəhbərliyi venesuelalı Louis Angelo Pena və ukraynalı Valeri Kutsenko ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Venesuelalı futbolçu il yarımlıq müddətədək, ukraynalı futbolçu isə mövsümün sonunadək Keşlə FK-nın uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, 32 yaşlı Ukrayna futbolçusu gənc yaşlarında ölkəsinin U-17 və U-19 yığmalarının, o cümlədən Ukraynanın "Dnepr", "Obolon", "Krivbass", "Vorskla", "Çernomorets", "Nikolayev", Belarusun "Brest" və "Minsk", Molodovanın "Speransa" və 2015-ci ildə Azərbaycanın AZAL komandalarında forma geyinib. 
 
Venesuela millisinin heyətində 11 oyun keçirmiş 28 yaşlı Louis Angelo Pena isə, karyerası ərzində "Estudiantes" (Venesuela), "Sporting Braga" (Portuqaliya), "Portimonense" (Portuqaliya), "Caracas" (Venesuela), "Nautico" (Braziliya), "Mineros de Guayana" (Venesuela), "Deportivo Tachira" (Venesuela) və "Zamora" (Venesuela) klublarının şərəfini qoruyub.
 
TRANSFER: AZAL-ın sabiq Ukrayna futbolçusu və Venesuela millisinin üzvü "Keşlə"də! FOTOLAR
63     
Reklam

Reklam