
Sabah Region Liqasının XII turu çərçivəsində Paytaxt Regionunun Şimal Zonası qrupunda Sumqayıtın "Uğur" komandası "FC Baku" komandasını qəbul edəcək. Hər iki komanda bu mövsüm Region Liqasının çempionluğu uğrunda mübarizə apardığından, qarşılaşma CBC SPORT kanalı ilə Canlı yayımlanacaq.
Oyunla əlaqədar Sumqayıt təmsilçisi öz azarkeşlərinə müraciət edib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli dostlar!!!
İŞTƏ O GÜN GƏLDİ!!!
Komandamız turun ən vacib oyununa çıxır!!!
Oyunun önəmini nəzərə alaraq AFFA ilə bizim klubun rəhbərliyi arasında
əldə edilən razılığa əsasən bu oyun CBC Sport kanalından canlı
yayımlanacaqdır.
Amma buna
baxmayaraq, buradan komandamızın bütün azarkeşlərinə, eləcədə
şəhərimizin sakinlərinə səslənərək komandamıza bu oyunda dəstək olmaq
üçün hamınızı sabah saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər
Stadionunda görmək istərdik!!!
GƏLİN HAMIMIZ BİR OLAQ VƏ DOĞMA KOMANDAMIZIN NÖVBƏTİ ÇEMPİONLUĞA GEDƏN YOLDA HAMIMIZ DƏSTƏK OLAQ!!!
UĞURLAR OLSUN SİZƏ, UŞAQLAR!!!
BİZ SİZLƏRƏ İNANIRIQ!!!
İRƏLİ, UĞUR FK!!!