» » » Region Liqasının Play Off mərhələsinin keçirilmə SİSTEMİ

Region Liqasının Play Off mərhələsinin keçirilmə SİSTEMİ

Premyer.az saytı Region Liqasının Play Off mərhələsinin keçirilmə sistemi ilə öz oxucularını tanış edir.
 
 
ƏSASNAMƏ 
8. Yarışın keçirilmə sistemi
 
8.1 "Region Liqası” 5 zona üzrə təşkil olunacaq. (Paytaxt və Şimal; Cənub; Mərkəz; Şimal Qərb və Qərb )
Naxçıvan MR-da təşkil olunan Region Liqası 5-ci zona olaraq qəbul edilmişdir.
1-ci mərhələ: paytaxt və şimal - 7 komanda; cənub – 6 komanda; mərkəz - 7 komanda, şimal-qərb və qərb - 7 komanda olmaqla,  4 qrup üzrə 2 dövrədən ibarət dairəvi sistemlə (ev-səfər)  təşkil olunacaq.
Hər zonada qrupda ilk 3 yeri tutan komanda 1-ci Play Off mərhələsinə vəsiqə qazanır.
Play Off mərhələlərinə vəsiqə qazanan komandaların rəqibləri püşkatma vasitəsi ilə müəyyən olunur. Püşkatma komandaların qruplarda tutduqları yerlərə əsasən keçiriləcək.
I- Play Off mərhələsinə yüksələn 12 komandanın hər biri rəqibi ilə bu mərhələdə 2 oyun (ev səfər ) keçirir. Bu mərhələdə eyni zonadan oynayan komandalar bir-biriləri ilə qarşılaşa bilməz.
I- Play Off mərhələsində qalib olan 6 komanda II Play Off mərhələsinə vəsiqə qazanır. 2- ci Play Off mərhələsinə komandalar 2 oyun (ev - səfər ) keçirir və qalib olan  komanda  Liqanın 1/2 final mərhələsinə vəsiqə qazanır.
1/2 final mərhələsinə II play off mərhələsindən 3, eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə qazanacaq. Oyunlar neytral meydanda 1 oyun olmaqla  təşkil olunacaq. Final və 3-cü yer uğrunda oyun neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq.
365     
Reklam

Reklam