» » » "Neftçi" "Keşlə" ilə oyunun hazırlıqlarına başladı

"Neftçi" "Keşlə" ilə oyunun hazırlıqlarına başladı

"Qarabağ"la heç-heçədən sonra turnir cədvəlində liderliyini qoruyan "Neftçi” Topaz Premyer Liqasının 16-cı turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığına start verib.
 
Son oyundan sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, fevralın 10-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 14:00-da başlanacaq.
58     
Reklam

Reklam