» » » Mahirə bir işarə... Böyümək vaxtıdır! (EPİLOQ)

Mahirə bir işarə... Böyümək vaxtıdır! (EPİLOQ)

Mahirə bir işarə... Böyümək vaxtıdır! (EPİLOQ)ŞƏRHSİZ
 
Okey, Mahir Mədətov Mamadu Mbodja mesaj yazıb, üzr istədi. Çox gözəl. İstənilən halda, səhvi başa düşüb üzr istəmək mədəniyyətin bir formasıdır.
Mahir Mədətovun ingilis dilində səlis danışması, yazması da çox gözəl haldı. Bizim istəyimiz odur ki, Mahir bu yüksək səviyyəli ingilis dilini çox cılız bir hərəkətin qarşısında üzr istəmək üçün yox, legioner həyatı yaşamaq üçün istifadə eləsin.
Mahir Mədətov çempionatda debüt edən Mamadunun əlini sıxmamasını stress, gərginlik, emosiya ilə əlaqələndirib. Amma bunun emosiya ilə hər hansı bir bağlılığı yoxdur, sadəcə əlini sıxmaq istəmədi. Bəs oyunun gedişində yan xətt hakimi Vüqar Bayramova hücum çəkməsinə nə ad verək?
"Futboldu, belə şeylər olur”, "üzr istədi”, "bağlayın bu söhbəti” və bu kimi digər status yazanlara sözüm odur ki, Mahir Mədətov xalları silinən komandaya oxşayır. Hər mənfi hərəkətində aktivindən 3 xal silinir. Yavaş-yavaş sıfırın altına düşür. Onun xilası üçün mütləq şəkildə normal tənqidlər lazımdı, vacibdi...
"Hələ gəncdi”, "nə yaşı var” kimi frazalar isə ümumiyyətlə qəbul olunmur. Mahir yaşında adamlar komandanı arxasınca aparıb çempion edir, daha rəqibin əlini sıxmamaq, hakimə hücum çəkməklə gündəmə gəlmir....
Böyümək vaxtıdır!
 
Elgiz Abbasov
107     
Reklam

Reklam