
Region Liqasının XII turu çərçivəsində Şimal - Qərb Regionunun Qərb Zonasında Mingəçevirin "Energetik" komandası Gəncənin "Qoşqar UGİM-2" komandasını qəbul edib. Premyer.az xəbər verir ki, qrup liderliyi uğrunda "Göyəzən" komandası ilə mübarizə aparan mingəçevirlilər, bu oyunda da iddialı olduqlarını bir daha təsdiqləyiblər. Meydan sahiblərinin vurduğu 10 qola, gəncəlilər yalnız bir qolla cavab verib.
"Energetik"in heyətində Vüsal İsmayılov xet-trik edib, Tural Məmmədzadə və Zamir Cəlilov isə dubla imza atıblar. Kamran Həsənzadə, Elvin Əlizadə və 16 yaşlı Bahadur Abdullayev hərəyə bir qol vurub.
Region Liqası / XI tur
"Energetik" FK - "Qoşqar UGİM-2" FK 10:1
03.02.2019 Saat: 15:00
Mingəçevir şəhər stadionu
Rauf İskəndərov / Premyer.az