» » » Mahir Mədətov kimilər...

Mahir Mədətov kimilər...

Bu gün Azərbaycan Premyer Liqasının XV turunun əsas qarşılaşması keçirildi. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda lider "Neftçi"ni qəbul etdi. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı. "Neftçi" yenə də 3 xallıq fərqi qorudu və liderliyini davam etdirdi. Oyunda yaşanan bir epizod hamıda ikrah hissi oyatdı. Söhbət adi oyun epizodlarının birində Mahir Mədətovun "Neftçi"nin yeni transferi Mamadu Mbodja qarşı etdiyi hörmətsizlikdən gedir. Rəqib komandanın futbolçusunun Mədətova uzatdığı əl havada qaldı. Bunu stadionda olan minlər, ekran başında olan milyonlar izlədi. Əgər böyük futbolçu olmaq istəyirsənsə, birinci etik qaydalara riayət etməli, rəqibə hörmətlə yanaşmalısan. Görünən odur ki, Mahir kimilər "respect" anlayışının nə olduğundan bixəbərdir. Elə ona görə də, onun kimilər heç vaxt böyük futbolun yanından da keçə bilməyəcək. İnstagramda başını qatsın..
Qeyd edək ki, Mahir Mədətov bu tənqidlərdən sonra Mamadu Mbodjla instagram yazışmasını paylaşıb və üzrxahlıq edib.

Mahir Mədətov kimilər...

 


412     
Reklam

Reklam