» » » Samir Abbasov: "Bu, ümidlərin kəsiləcəyi oyun idi"

Samir Abbasov: "Bu, ümidlərin kəsiləcəyi oyun idi"

Samir Abbasov: "Bu, ümidlərin kəsiləcəyi oyun idi"Topaz Premyer Liqasında XV turun "Zirə” – "Sabah” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
"Həddən artıq çətin və pis oyun oldu. Ürək açmadı oyunumuz. Özümüz özümüzdən belə şey gözləmirdik. Deməzdim ki, Antalyadakı oyunlar bizi rahatlatmışdı. Öz azakrşelərimizin önündə oynamaq həyəcana səbəb olmuşdu. Matçdan əvvəl futbolçulara demişdim ki, bir nəfər oyundan qopsa, böyük problemlər yaranacaq. İlk hissədə isə 5-6 nəfər oyundan qopmuşdu və hətta ipi qırmışdı. Yeni futbolçulardan da çox şey gözləmirdik. Sadəcə, meydana buraxdıq ki, ab-havanı hiss eləsinlər. Bir az hazır olanlara şans verdik. Bu, ümidlərin kəsiləcəyi oyun idi. Hər şeyi etdik ki, özümüzü çuxura salaq. Rahatçılıq yox idi. Sadəcə, bilmirəm nə baş verdi.
332     
Reklam

Reklam