» » » EKSKLÜZİV: "Qarabağ"ın heyətində ölkə çempionu və Kubokun sahibi olmuş futbolçu - Region Liqasında! FOTOLAR

EKSKLÜZİV: "Qarabağ"ın heyətində ölkə çempionu və Kubokun sahibi olmuş futbolçu - Region Liqasında! FOTOLAR

EKSKLÜZİV: "Qarabağ"ın heyətində ölkə çempionu və Kubokun sahibi olmuş futbolçu - Region Liqasında! FOTOLARRegion Liqasının iddialı klublarından biri olan "Ağsu Siti" qapıçı mövqeyinə daha bir futbolçu dəvət edib. Premyer.az xəbər verir ki, bu 21 yaşlı Ağaseyid Qasımovdur. Ən son "Qaradağ Lökbatan"da forma geyinmiş futbolçu, "İnter" klubunun yetirməsidir. "İnter"dən ayrıldıqdan sonra 5 il "Qarabağ"da, hərbi xidmətdə olduğu müddət ərzində - MOİK, daha sonra "Qaradağ Lökbatan" klubunda çıxış edib. Ağaseyidin son komandası da məhz Birinci Divizion təmsilçisi olub.  
 
2014/15 mövsümündə Ağaseyid Qasımov "Qarabağ"ın heyətində ölkə çempionluğu və Kubokda qələbə sevinci yaşayıb. 
 
Bundan başqa gənc futbolçu U-16, U-17, U-19, U-21 yığmalarında və mini futbol üzrə Alfa Liqada çıxış edib.
 
Rauf İskəndərov / Premyer.az

456     
Reklam

Reklam