» » » REGİON LİQASI: "Ağsu Siti" yığmanın şərəfini qorumuş qapıçını TRANSFER etdi - EKSKLÜZİV (FOTO)

REGİON LİQASI: "Ağsu Siti" yığmanın şərəfini qorumuş qapıçını TRANSFER etdi - EKSKLÜZİV (FOTO)

REGİON LİQASI: "Ağsu Siti" yığmanın şərəfini qorumuş qapıçını TRANSFER etdi - EKSKLÜZİV (FOTO)Region Liqasının iddialı klublarından biri olan "Ağsu Siti" qapıçı mövqeyini gücləndirib. Premyer.az xəbər verir ki, komanda gənc və perspektivli qapıçı Əli Həsənli ilə anlaşıb. 22 yaşlı "Qəbələ" klubunun yetirməsi yeni komandasına "Şüvəlan" klubundan keçib. 
 
U-15, U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Həsənli, "Qəbələ", "Ağsu", "Neftçala", "Sumqayıt", "Səbail" və son iki mövsüm "Şüvəlan"ın heyətində çıxış edib.
 
Gəncəli futbolçu "Neftçala"nın heyətində iki dəfə Birinci Divizionun qalibi, "Ağsu"nun heyətində Birinci Divizionun gümüş medalçısı, "Qəbələ"nin heyətində U-19 Liqasının qalibi olub. 
 
Rauf İskəndərov / Premyer.az
256     
Reklam

Reklam