» » » "FORZA NEFTÇİ"dən BƏYANAT: "Göbələklərə meydanı verməyi düşünmürük"

"FORZA NEFTÇİ"dən BƏYANAT: "Göbələklərə meydanı verməyi düşünmürük"

 "Forza Neftçi" fevral ayının 3-ündə, Premyer Liqanın XV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə əlaqədar BƏYANAT yayıb. 
Premyer.az BƏYANAT-ı olduğu kimi diqqətinizə çatdırır:
 
Forza Neftçi olaraq, ayın 3-ü oyunda olacağımızı bəyan edirik.
Pis günündə yanında olduğumuz komandamızın yaxşı günündə peyda olan göbələklərə meydanı verməyi düşünmürük.
Qarabağ - Neftçi Bakı
03.02.2019
18:30
Tofiq Bəhramov adına respublika stadionu
Bu oyunda bizimlə birgə dəstək olmaq istəyənlər saat 17:30-18:00 aralığında Gənclik m/stansiyasının Çempiona tərəf çıxışında toplaşırıq.
Biz geri döndük, Gerisini siz düşünün.

289     
Reklam

Reklam