» » » Mübariz Mənsimov: "Xəzər Lənkəran"ın dönüşü möhtəşəm olacaq"

Mübariz Mənsimov: "Xəzər Lənkəran"ın dönüşü möhtəşəm olacaq"

Mübariz Mənsimov: "Xəzər Lənkəran"ın dönüşü möhtəşəm olacaq""Xəzər Lənkəran" klubunun fəxri-prezidenti Mübariz Mənsimov klubun yenidən fəaliyyət göstərib - göstərməyəcəyi barədə gəzən söz - söhbətlərə aydınlıq gətirib. Azərbaycanlı iş adamı "facebook" sosial şəbəkəsində izləyicilərdən birinin "Xəzər Lənkəran" nə zaman geri dönəcək" sualına belə cavab verib: "Xəzər Lənkəran" AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim "Xəzər Lənkəran" mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, "Xəzər Lənkəran"ın dönüşü möhtəşəm olacaq".
234     
Reklam

Reklam