» » » "Neftçi" "Qarabağ”la oyunun hazırlığına başladı

"Neftçi" "Qarabağ”la oyunun hazırlığına başladı

"Neftçi” Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Qarabağ” ilə oyunun hazırlığına başlayıb. Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazılrıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 18:30-da başlanacaq.
94     
Reklam

Reklam