» » » DİQQƏT! "Tufan" - "Ağsu Siti" arasındakı revanş matçında KÜTLƏVİ DAVA baş verdi - FOTOLAR

DİQQƏT! "Tufan" - "Ağsu Siti" arasındakı revanş matçında KÜTLƏVİ DAVA baş verdi - FOTOLAR

DİQQƏT! "Tufan" - "Ağsu Siti" arasındakı revanş matçında KÜTLƏVİ DAVA baş verdi - FOTOLAR"Bakı" Futbol Klubunun təlim-məşq bazasında bu gün keçirilmiş "Tufan" - "Ağsu Siti" yoldaşlıq oyununda kütləvi dava baş verib. Belə ki, Premyer.az saytının əldə etdiyi məlumata əsasən, oyunun ilk hissəsinin əvvələrində, Hikmət Nağıyevin 2-ci dəqiqədə vurduğu qoldan sonra, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən, qonaq komandanın kapitanı Rəmzi Eminlinin vurduğu penalti zərbəsi qapı dirəyinə dəyərək, boşa çıxıb. Bundan sonra meydanda vəziyyət bir az daha gərginləşib.
 
Bundan sonra, "Ağsu Siti" komandasının futbolçusu Fariz Nəcəfovla, "Tufan" komandasının futbolçusu Eyyub Cabbarovun arasında, adi bir oyun epizodu zamanı baş vermiş söz atışması, kütləvi davaya çevrilib. Davanı sakitləşdirmək üçün, komandaların məşqçi və texniki heyətləri də meydana daxil olub. Baş vermiş hadisə oyunun bir neçə dəqiqəlik dayandırılmasına və yuxarıda adı çəkilən iki futbolçunun qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılmasına səbəb olub. 

İlk hissədə 2 qol vuraraq, 2:1 hesabı ilə önə çıxan Ağsu təmsilçisi, ikinci hissədə qapısında gördüyü 4 qola, yalnız bir qolla cavab verməyi bacarıb. Beləliklə, oyun meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yanvarın 21-ndə bu komandalar arasında, eyni məkanda keçirilmiş ilk matçda, "Ağsu Siti" 4:1 hesablı qələbə qazanmışdı və bu gün keçirilmiş ikinci oyun, bir növ revanş xarakteri daşıyırdı.
 
Premyer.az

521     
Reklam

Reklam