» » » Gürcüstan klubu Bakıda Azərbaycan komandasına məğlub oldu

Gürcüstan klubu Bakıda Azərbaycan komandasına məğlub oldu

Gürcüstan klubu Bakıda Azərbaycan komandasına məğlub olduBakıda təlim-məşq toplanışında olan Gürcüstanın "Rustavi" futbol klubu ilk yoxlama matçına çıxıb. 
Premyer.az xəbər verir ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının yaşıl meydançasında baş tutan görüşdə gürcülərin rəqibi "Baku Sportinq" komandası olub. 
Qarşılaşmaya hücumlarla başlayan təmsilçimiz rəqib qapısı qarşısında ilk təhlükəli epizodu matçın 9-cu dəqiqəsində yaradıb. Röyal Bağırovın zərbəsini gürcülərin çərçivə qoruyucusu Barbaradze dəf edib. 
Rəhman İmaminin idarə etdiyi oyunun birinci hissəsində hesabı açan tərəf "Baku Sportinq" olub. 32-ci dəqiqədə Bayram Bayramov gürcüləri meydanın mərkəzinə dəvət edib. 
Gərgin keçən matçın ikinci yarısında daha bir qol vurulub. Bu dəfə də fərqlənən tərəf "Baku Sportinq" olub. Meydana sonradan daxil olan Ziya Hüseynzadə 81-ci dəqiqədə rəqibi cəzalandırıb 2-0. 
Oyunun qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Beləliklə, arxada qalan müddətdə 4 yoxlama matçında qüvvəsini sınayan "Baku Sportinq" 4-cü qələbəsini rəsmiləşdirib. 
296     
Reklam

Reklam