» » » "FC Baku" daha bir Birinci Divizon klubunu məğlub etdi

"FC Baku" daha bir Birinci Divizon klubunu məğlub etdi

"FC Baku" daha bir Birinci Divizon klubunu məğlub etdiRegion Liqasında mübarizə aparan "FC Baku" komandası qış toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib. Rəqib I Divizionda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan MOİK komandası olub.
 
Premyer.az xəbər verir ki, ilk hissəsi 1:1 bitən qarşılaşmanın 2-ci hissəsində Vüqar Nadirovun kapitanı olduğu komanda rəqib qapısından üç cavabsız top keçirib. Eltun Hüseynov bu oyunda xet-trikə imza atıb.
 
Qeyd edək ki, keçirdiyi ilk yoxlama oyununda "FC Baku" digər Birinci Divizon təmsilçisi "Qaradağ Lökbatan" klubunu 1:0 hesabı ilə məğlub etmişdi.
 
Yoldaşlıq oyunu, 23.01.2019 
Stadion: "Dalğa Arena"
"FC Baku" 4 - 1 MOİK
Qollar: Sabir Allahquliyev, Eltun Hüseynov (3)
 
Rauf İskəndərov / Premyer.az
381     
Reklam

Reklam