» » » TRANSFER! "Yıldızspor"un "Qol Kralı" Region Liqası klubunda - FOTOLAR

TRANSFER! "Yıldızspor"un "Qol Kralı" Region Liqası klubunda - FOTOLAR

TRANSFER! "Yıldızspor"un "Qol Kralı" Region Liqası klubunda - FOTOLARÖtən mövsüm Region Liqasının qalibi olmuş Sumqayıtın "Uğur" komandası bu il də çempionluğunu təkrarlamaq niyyətindədir.
 
Buna komandanın qış fasiləsi zamanı həyata keçirdiyi transferlər də sübutdur. Premyer.az xəbər verir ki, Sumqayıt təmsilçisi bu dəfə Türkiyənin Bal Liqasında mübarizə aparan Aydın şəhərinin "Yıldızspor" komandasının qol kralı, həmyerlimiz Fərmayıl Əliyevi transfer edib. 28 yaşlı butbolçu ötən mövsüm Türkiyə klubunun heyətində 35 qol vuraraq, komandanın bombardiri olub.
 
Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Fərmayıl, karyerası ərzində "Turan", "Neftçala", "Ağsu", "Şərurspor", "Şəmkir" və MOİK komandalarının şərəfini qoruyub. "Neftçala"nın heyətində 24, "Şərurspor"un heyətində isə 20 qol vuran hücumçu, mövsümün bombardiri adına da layiq olub. 
 
Rauf İskəndərov / Premyer.az
 
635     
Reklam

Reklam