» » » YOXLAMA OYUNU: "Tufan"ın gücü "Ağsu Siti" ilə oyuna yetmədi

YOXLAMA OYUNU: "Tufan"ın gücü "Ağsu Siti" ilə oyuna yetmədi

Premyer.az saytı "Tufan" komandasının bu gün səhər "Zirə-2" komandası ilə yoxlama oyunu (4:4) keçirdiyi haqqında xəbər vermişdi.
Günün ikinci yarısında, xırdalanlılar ilk oyunun keçirildiyi "Bakı" Futbol Klubunun təlim-məşq bazasında "Ağsu Siti" komandasını qəbul edib. 
"Tufan" komandasının baş məşqçisi Fərid Məmmədov bu oyunda əsas heyətin bir sıra futbolçuları ilə yanaşı, klubun U-17 komandasının oyunçularına da özlərini sınamaq şansı verib.

Lakin gənc futbolçular "Ağsu Siti"nin əsas heyəti ilə bacarmayıb. Oyun Ağsu təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qonaq komandanın heyətində İsa Cəbiyev, Aydın Qasımov, Vüqar Fərzəliyev və Rəvan Kərimov fərqləniblər.  
 
Rauf İskəndərov / Premyer.az
213     
Reklam

Reklam