» » » YOXLAMA OYUNU: "Tufan" - "Zirə-2" qarşılaşmasında qol yağışı!

YOXLAMA OYUNU: "Tufan" - "Zirə-2" qarşılaşmasında qol yağışı!

YOXLAMA OYUNU: "Tufan" - "Zirə-2" qarşılaşmasında qol yağışı!Qış fasiləsindən yararlanan futbol klublarımız yoxlama oyunları keçirməkdə davam edir. Premyer.az xəbər verir ki, bu gün "Bakı" Futbol Klubunun təlim-məşq bazasında keçirilmiş yoxlama oyununda, Region Liqasının nümayəndəsi "Tufan" FK ilə Birinci Divizion təmsilçisi "Zirə-2" komandası bir araya gəliblər.
 
Xırdalan təmsilçisinin üstünlüyü ilə keçən oyunda qapılara 8 qol vurulub. Oyun boyu 2 top üstünlüyü ilə öndə olan "Tufan" qələbə hesabını qoruya bilməyib. Belə ki, oyunun son dəqiqələrində "Zirə" hesabı bərabərləşdirməyi bacarıb. Oyun 4:4 hesabı ilə başa çatıb.
 
"Tufan"ın heyətində Elçin Əliyev dubla imza atıb. Eltac Hüseyni ilə Hikmət Nağıyev isə hərəyə bir qol vurublar. 
 
Rauf İskəndərov / Premyer.az
231     
Reklam

Reklam