» » » "Neftçi" məşqinə 1 dəqiqəlik sükutla başlandı

"Neftçi" məşqinə 1 dəqiqəlik sükutla başlandı

"Neftçi” Antalya təlim-məşq toplanışını davam etdirir. Komanda toplanışın 8-ci günündə səhər məşqinə çıxıb. Məşqdən əvvəl klub prezidenti Kamran Quliyev futbolçularla 20 Yanvar hadisələri haqda danışıb. Sonra Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Xatırladaq ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
Komanda yanvarın 18-də keçirilmiş ilk sınaq matçında Rumıniyanın "Qaz Metan” klubunu 3:0 hesabı ilə məğlub edib.
196     
Reklam

Reklam