» » » Sabir Allahquliyev: "Şadam ki, qələbə qolunun müəllifi mən oldum" - VİDEO

Sabir Allahquliyev: "Şadam ki, qələbə qolunun müəllifi mən oldum" - VİDEO

Sabir Allahquliyev: "Şadam ki, qələbə qolunun müəllifi mən oldum" - VİDEODünən "Qaradağ Lökbatan" ilə yoldaşlıq oyununda "FC Baku" komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan klubun yeni transferi Sabir Allahquliyev toplanışın gedişi və "Qaradağ Lökbatan" oyunu ilə bağlı klubun rəsmi Facebook səhifəsinə bir sıra açıqlamalar verib:

"Komandamız II dövrənin hazırlıqlarını davam etdirir. Məşqlər olduqca maraqlı keçir. Ən əsası mehriban kollektivimiz var. Bu baxımdan toplanışın komandaya çox xeyri dəyəcək.
"Qaradağ Lökbatan" ilə oyun bizim üçün yeni ilin ilk qarşılaşması idi. Oyuna çox yaxşı başladıq və sona qədər mübarizə əzmimizi qoruduq. Şadam ki, qələbə qolunun müəllifi mən oldum və komandada keçirdiyim ilk oyunda rəqib qapısına yol tapdım. Çalışacam bu qolun davamını liqa oyunlarında gətirim. Məqsədimiz çempionluqdur və bu hədəfə çatacaq gücümüz var".
 
Premyer.az vurulan qolun videosunu da təqdi edir:
[video=]
109     
Reklam

Reklam