» » » "FC Baku"nun baş məşqçisi: "Yeni transferlərimizin gəlişiylə komandada rəqabət artıb"

"FC Baku"nun baş məşqçisi: "Yeni transferlərimizin gəlişiylə komandada rəqabət artıb"

"FC Baku"nun baş məşqçisi: "Yeni transferlərimizin gəlişiylə komandada rəqabət artıb""FC Baku" komandasının baş məşqçisi Cavid Rəhimov komandasının qış toplanışı və bu gün "Qaradağ Lökbatan"a qarşı keçirdiyi yoldaşlıq oyunu ilə bağlı bir sıra açıqlamalar verib:

"Artıq 1 həftəyə yaxındır II dövrənin hazırlıqlarına start vermişik. Məşqlərimizə tam sürətlə davam edirik. Komanda daxili ab-hava və oyunçuların çalışma əzmi məni qane edir. Yeni transferlərimizin gəlişiylə komandada rəqabət artıb.
Bu gün isə toplanış çərçivəsində "Qaradağ Lökbatan"a qarşı ilk yoldaşlıq görüşümüzü keçirdik. Rəqibimiz Birinci Divizionun güclü komandalarından biri idi. İlk hissə qarşılıqlı hücumlarla yadda qaldı. Sevindirici haldı ki, ikinci hissədə qol vuraraq qələbə qazanmağı bacardıq. 2-ci hissədə komandamdan daha çox razı qaldım. Komandanın II dövrədə daha yaxşı çıxış edəcəyinə inanıram".
332     
Reklam

Reklam