» » » "Tufan" - "Uğur" qarşılaşmasının qəhrəmanı kim oldu? VİDEO

"Tufan" - "Uğur" qarşılaşmasının qəhrəmanı kim oldu? VİDEO

"Tufan" - "Uğur" qarşılaşmasının qəhrəmanı kim oldu? VİDEODaha öncə də xəbər verdiyimiz kimi, Region Liqasının Paytaxt Regionunun Şimal Zonasında mübarizə aparan "Tufan" və "Uğur" futbol komandaları, çempionatda yaranmış qış fasiləsindən istifadə edərək, yoxlama oyunu keçirib.
 
"Bakı" futbol klubunun bazasında keçən qarşılaşmada "Tufan" FK 3:2 hesablı əzmkar qələbə qazanıb. Qələbə payında "Tufan" komandasının gənc futbolçusu Hikmət Nağıyevin böyük rolu olub. 19 yaşlı hücumçü 2-ci və 3-cü, qələbə qoluna imza ataraq, məhsuldar ötürmə də edib.
 
Premyer.az hər iki qolun videosunu oxucuların diqqətinə çatdırır.
 
Rauf İskəndərov / Premyer.az
[video=]
185     
Reklam

Reklam