» » » REGİON LİQASI: UEFA Avropa Liqasında çıxış etmiş futbolçu "FC Baku"da!

REGİON LİQASI: UEFA Avropa Liqasında çıxış etmiş futbolçu "FC Baku"da!

REGİON LİQASI: UEFA Avropa Liqasında çıxış etmiş futbolçu "FC Baku"da!Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən "FC Baku" növbəti - altıncı transferini həyata keçirib. Premyer.az bildirir ki, komanda Kamil Nurəhmədovu rənglərinə bağlayıb.
İndiyədək "Sumqayıt", "Rəvan" və "Neftçi" kimi klubların heyətində Premyer Liqa həyəcanı yaşamış 27 yaşlı yarımmüdafiəçi bundan sonra "FC Baku"nun heyətində çıxış edəcək.
Yeni transfer U-19 və U-21 millilərinin formasını geyməklə yanaşı, "Neftçi"nin heyətində UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında meydana çıxıb.
 
FOTO: RAUF İSKƏNDƏROV / PREMYER.AZ
272     
Reklam

Reklam