» » » TRANSFER: Elvin Yunuszadə yeni klubda!

TRANSFER: Elvin Yunuszadə yeni klubda!

TRANSFER: Elvin Yunuszadə yeni klubda!Dövrələrarası fasilə zamanı "Səbail” Futbol Klubu ilk transferini reallaşdırıb. Premyer.az bildirir ki, komanda müdafiəçi Elvin Yunuszadəni heyətinə cəlb edib. Futbolçu ilə 31 may 2020-ci ilə qədər müqavilə imzalanıb. 27 yaşlı mərkəz müdafiəçisi ötən ilin oktyabrında Premyer Liqanın debütantı "Sabah”la müqavilə bağlasa da, baş məşqçi Elşad Əhmədovla yaşadığı problem, onun heyətdən kənarlaşdırılmasına səbəb olmuşdu.
 
Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub.
114     
Reklam

Reklam