» » » “Sabah” klubundan daha bir TRANSFER BOMBASI !

“Sabah” klubundan daha bir TRANSFER BOMBASI !

“Sabah” klubundan daha bir TRANSFER BOMBASI !"Sabah” Futbol Klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, "Sabah”da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində "Qarabağ”, AZAL, "Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu "Qəbələ” olub.

Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.

Xatırladaq ki, Xəlilzadə "Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdi. Klub bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlamışdı.  
166     
Reklam

Reklam