» » » REGİON LİQASI, X tur: Vüqar Nadirov: "Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq"

REGİON LİQASI, X tur: Vüqar Nadirov: "Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq"

REGİON LİQASI, X tur: Vüqar Nadirov: "Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq"
Region Liqasının X turu çərçivəsində Paytaxt Regionunun Şimal Zonasında qrup lideri olan "Baku FC" komandası "Şahdağ" komandasının qonağı olacaq. Qrup liderliyi uğrunda böyük əhəmiyyət kəsb edən bu oyun 22 dekabr 2018-ci il tarixində, Siyəzən şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək.   
 
"Baku FC" komandasının kapitanı Vüqar Nadirov klubun rəsmi facebook səhifəsinə qarşıdan gələn "Şahdağ" oyunu ilə bağlı açıqlama verib:
 
"Komandamız oyuna hazırdır. Bütün oyunlara hazırlaşdığımız kimi, "Şahdağ" ilə oyuna da eyni qaydada hazırlaşmışıq. Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. İstəyimiz meydandan parlaq oyun göstərərək 3 xal ilə ayrılmaqdır.
Bombardirlik yarışına gəlincə, əsas komandamızın mövsümün sonunda çempion olmasıdır. Bombardir olmaq mənim üçün prioritet deyil".
262     
Reklam

Reklam