» » » REGİON LİQASI, X tur: "Şahdağ" azarkeşlərinin nəzərinə!

REGİON LİQASI, X tur: "Şahdağ" azarkeşlərinin nəzərinə!

REGİON LİQASI, X tur: "Şahdağ" azarkeşlərinin nəzərinə! Region Liqasının X turu çərçivəsində Paytaxt Regionunun Şimal Zonasında qrup lideri olan "Baku FC" komandası "Şahdağ" komandasının qonağı olacaq. Qrup liderliyi uğrunda böyük əhəmiyyət kəsb edən bu oyun 22 dekabr 2018-ci il tarixində, Siyəzən şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək.   
 
Premyer.az bildirir ki, oyunla əlaqədar "Şahdağ" komandası öz azarkeşlərinə müraciət edib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
 
"Şahdağ" azarkeşlərinin nəzərinə ! 
 
"FC Baku" ilə Siyəzəndə baş tutacaq oyunu izləmək üçün klub tərəfindən "Şahdağ" azarkeşlərinə pulsuz avtobus ayrılacaq. Avtobus oyun günü (22 dekabrda) saat 12:00-da Qusar şəhər avtovağzalından Siyəzənə yola düşəcək və oyun bitdikdən sonra azarkeşlərimizi geri qaytaracaq. İlin son və vacib oyununda qələbə sevincini birlikdə yaşayaq! Siyəzən şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səslənəcək.
22 dekabrda hava dəhşət şaxtalı və yağmurlu olacaq. Çətir götürməyi unutmayın 
131     
Reklam

Reklam