» » » REGİON LİQASI: "Baku FC"-nın müdafiəçisi: "İnanıram ki, gözəl oyunla səfərdən 3 xalla qayıdacağıq"

REGİON LİQASI: "Baku FC"-nın müdafiəçisi: "İnanıram ki, gözəl oyunla səfərdən 3 xalla qayıdacağıq"

REGİON LİQASI: "Baku FC"-nın müdafiəçisi: "İnanıram ki, gözəl oyunla səfərdən 3 xalla qayıdacağıq"Region Liqasının X turu çərçivəsində Paytaxt Regionunun Şimal Zonasında qrup lideri olan "Baku FC" komandası "Şahdağ" komandasının qonağı olacaq. Qrup liderliyi uğrunda böyük əhəmiyyət kəsb edən bu oyun 22 dekabr 2018-ci il tarixində, Siyəzən şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək.   
 
"Baku FC" komandasının müdafiəçisi Xəyal Quliyev klubun rəsmi facebook səhifəsinə qarşıdan gələn "Şahdağ" oyunu ilə bağlı açıqlama verib:
"Hər oyuna olduğu kimi "Şahdağ" ilə oyuna da olduqca ciddi hazırlaşırıq. Çətin oyun olacağı dəqiqdir, ancaq komandada hamı qələbə haqda düşünür. İnanıram ki, gözəl oyunla səfərdən 3 xalla qayıdacağıq".
228     
Reklam

Reklam