» » » REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı yüksək liqada görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)

REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı yüksək liqada görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)

REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı  yüksək  liqada  görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)  Region Liqasının IX turu çərçivəsində Şimal / Qərb Regionunun Qərb Zonasında keçirilmiş "Göyəzən” – "Şəki” qarşılaşmasında meydan sahibləri  4:1 hesablı inamlı qələbə qazanıb.
Oyundan sonra Qazax təmsilçisinin 22 yaşlı yarımmüdafiəçisi İlkin Kərimli Premyer.az saytının müxbirinin suallarını cavablandırıb.
 
Müsahibəni diqqətinizə çatdırırıq:

- 55 dəqiqə meydanda oldun. Oyunu dəyərləndirərdin
- Oyun haqqında deyəcəklərim budur ki, qrupun lideri kimi autsayderlə qarşılaşdıq.  Demək olar ki, bu oyunun çətin olacağını bilirdik və belə də  oldu. Amma buna baxmayaraq,  biz öz oyunumuzu göstərib,  30 dəqiqədən sonra qol hesabını  açdıq və ard-arda qollar gəlməyə başladı.
 
- Öz oyununu necə qiymətləndirərdin?
- Mən də bu oyunda əlimdən gələni etməyə çalışdım və 55 dəqiqə meydanda qaldım. Komandamız bu görüşdə  4-1 hesablı  qələbə qazandı.
 
- Komandan haqqında nələr söyləyə bilərsən?
- Komanda haqqında onu deyə bilərəm ki,  düzdü, bu komandaya artıq 4-cü aydır kı qoşulmuşam və burdakı isti münasibətdən, komanda yoldaşlarımdan və məşqçilər heyətindən, rəhbərlikdən razıyam. İnşallah komandamızı  yüksək  liqada  görmək ümidi ilə, əlimizdən gələn hər bir şeyi edəcəyik.

- Bir az da özün haqqında danışardın. Futbola nə zaman başlamısan?
- Demək olar ki, uşaqlıq yaşlarımdan başlamışam futbola.  İlk komandam Xanoglan Abbasovun çalışdırdıgı "İnam”  klubu olub. Daha sonra "Tufan”, "Bərdə”  klublarının şərəfini  qorumuşam. Daima üzərimdə çalışıram və yüksək nailiyyətlər əldə edəcəyimə inanıram.
 
- Müsahibə üçün təşəkkür edirik. Sənə də, komandana da uğurlar arzulayırıq. 
 
Müsahibəni aldı – Rauf İskəndərov / Premyer.az

REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı  yüksək  liqada  görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)
REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı  yüksək  liqada  görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)
REGİON LİQASI: "Göyəzən" FK-nın futbolçusu: "Komandamızı  yüksək  liqada  görmək üçün əlimizdən gələni edəcəyik (FOTOLAR)
781     
Reklam

Reklam