» » » "Rəvan"ın futbolçusu cəzalandırıldı

"Rəvan"ın futbolçusu cəzalandırıldı

23 dekabr 2015-ci il  U-19 Liqasında "Neftçi” İK İB – "Rəvan” matçının 68-ci dəqiqəsində "Rəvan” klubunun 89 №-li futbolçusu Elman Aslanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 85-ci dəqiqəsində "Rəvan” klubunun 80 №-li futbolçusu Sənan İsrafilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
14 yanvar 2016-cı il  U-16 Liqasında "Sumqayıt” – "Kəpəz” matçının 56-cı dəqiqəsində "Sumqayıt” klubunun 2 №-li futbolçusu Elgün Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
14 yanvar 2016-cı il  U-16 Liqasında "Neftçi” İK İB – "Rəvan” matçının 48-ci dəqiqəsində "Rəvan” klubunun 7 №-li futbolçusu Kamil Hüseynov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
18 yanvar 2016-cı il  U-16 Liqasında "Rəvan” – "Xəzər Lənkəran” matçında "Xəzər Lənkəran” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
U-15 Liqasının "Təhsil” TFM klubu yarışlarda iştirakdan imtina etməsi haqqında müraciət etmişdir. Bunu nəzərə alaraq "Təhsil” TFM klubu U-15 liqasında keçirilən yarışlardan kənarlaşdırılır, klub oyunların  50%-dən çox oyun keçirdiyinə görə klubun butun  qalmış oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

(affa.az)
392     
Reklam

Reklam