» » » Daha iki əcnəbi Azərbaycan millisində

Daha iki əcnəbi Azərbaycan millisində

Daha iki əcnəbi Azərbaycan millisindəRusiyanın "Krasnodar” klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib. 
Premyer.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. Onun sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər. 
İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq. 
Bunadək "Krasnodar”ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq. (report.az)
183     
Reklam

Reklam