» » » REGİON LİQASI: "Göyəzən" PFK-nın məşqçisi: "Çox istərdim ki, ölkəmizin hər bir bölgəsində futbol olsun" - MÜSAHİBƏ

REGİON LİQASI: "Göyəzən" PFK-nın məşqçisi: "Çox istərdim ki, ölkəmizin hər bir bölgəsində futbol olsun" - MÜSAHİBƏ

REGİON LİQASI: "Göyəzən" PFK-nın məşqçisi: "Çox istərdim ki, ölkəmizin hər bir bölgəsində futbol olsun" - MÜSAHİBƏ12 dekabr tarixində 42-ci doğum gününü qeyd edən Qazaxın "Göyəzən” komandasının məşqçisi Süleyman Məmmədov Premyer.az saytının müxbirinin suallarını savablandırıb:

- İlk öncə saytımız adından Sizi doğum gününüz münasibəti ilə təbrik edir, şəxsi və məşqçi həyatınızda Sizə uğurlar arzulayırıq.
- Çox təşəkkür edirəm.
 
- İlk sualımız belədir. Artıq ikinci ildir ki, Region Liqasında çıxış edirsiniz. Bu mövsüm komandanız qarşısında hansı məqsədlər qoyulub?
- Bildiyiniz kimi hal-hazırda qrupda 1-ci yerdəyik. Məqsədimiz – final mərhələyə çıxmaqdır.
 
- Ötən mövsümlə müqayisədə komandada hansı dəyişikliklər baş verib?
- Əsas dəyişiklik heyətlə bağlıdır. Komandaya Birinci Divizionda çıxış təcrübəsi olan bir neçə yeni oyunçu götürmüşük.
 
- Qrup liderliyi uğrunda əsas rəqibləriniz kimdir? 
- Bizim gənclərdən ibarət potensiallı komandamız var. Hal-hazırda "Energetik”lə xalq fərqimiz azdır. Çox güman ki qrup liderliyi uğrunda onlarla mübarizə aparacayiq. Ağdaşın komandası da gözəl oyun nümayiş etdirir...
 
- Region Liqası turniri haqqında nələr deyə bilərsiniz?
- Region Liqası yeni yaradılmış bir liqadır və güman edirəm ki, getdikcə daha da maraqlı olacaq.
 
- Bu turnirlə əlaqədar hər hansı bir iradınız və ya təklifiniz varmı?
- Bir futbol ictimaiyyətinin adamı kimi çox istərdim ki, ölkəmizin hər bir bölgəsində futbol olsun. Bildiyiniz kimi qərb bölgəsindən həmişə Azərbaycan futbolu üçün güclü futbolçular yetişib. İnşallah gələcəkdə də yetişər. Bunun üçün ilk öncə şərait lazımdır.
 
- Və son sualımız. Komandanızda ən bəyəndiyiniz futbolçu kimdir? Hansı perspektivli futbolçuları qeyd etmək istərdiniz?
- Komandamızda çıxış edən bütün futbolçular meydançaya çıxanda əllərindən nə gəlirsə, onun ən yaxşısını etməyə çalışır. Komandanın lideri və ən məhsuldar oyunçusu ilə Arzuman Vəliyevdir. Gənc futbolçularımız çoxdur. Bunlardan Eldar Şıxməmmədovu, Samir Mehdiyevi, Məhərrəm Hacıyevi və Şamxal Qurbanov kimi perspektivli oyunçuları qeyd etmək istərdim.
 
- Müsahibə üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə, Region Liqasını işıqlandırdığınız üçün, saytınıza təşəkkür edirəm.
 
  Müsahibəni aldı: Rauf İskəndərov / Premyer.az
814     
Reklam

Reklam