» » » Emin Mustafayev: "Region Liqasının ən iddialı komandasına transfer olunmuşam"

Emin Mustafayev: "Region Liqasının ən iddialı komandasına transfer olunmuşam"

Emin Mustafayev: "Region Liqasının ən iddialı komandasına transfer olunmuşam""FC Baku"nun qış transfer dövründəki yeni transferi Emin Mustafayev klubun rəsmi facebook səhifəsinə komandaya keçidi ilə bağlı açıqlamalar verib:

"Region Liqasının ən iddialı komandasına transfer olunmuşam. Transfer təklifi gəldikdən sonra komandanın hədəfləri ilə tanış oldum və karyeramı "FC Baku"da davam etdirməyə qərar verdim. Bildiyiniz kimi, yeni klubumda qış fasiləsindən sonra debüt edə biləcəm. Bu müddət ərzində komanda ilə birgə edəcəyim məşqlərdən əlavə bir sıra yoldaşlıq görüşləri də keçirəcəyik ki, bu da formamı saxlamağa yardımçı olacaq.
Komanda daxilində mükəmməl ab-hava var. Komandaya uyğunlaşmaqda heyətdəki bir çox oyunçularla əvvəlki klublarımda bir yerdə çıxış etməyimin rolu çoxdur.
İnanıram ki, "FC Baku"ya öz təcrübəmlə və oyunumla çempionluq yolunda kömək edə biləcəm".
162     
Reklam

Reklam