» » » Yığmamız Rusiya və Ukrayna ilə qarşılaşacaq

Yığmamız Rusiya və Ukrayna ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda Rusiya və Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunları keçirəcək.
Premyer.az AFFA-ya istinadən xəbər verir ki, yığmamız fevralın 23-də və 25-də Rusiya, martın 1-də və 3-də isə Ukrayna komandası ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək bütün oyunlar saat 16:00-da başlayacaq.
267     
Reklam

Reklam