» » » Müəllimlər üçün D kateqoriyalı məşqçi kursu yekunlaşdı

Müəllimlər üçün D kateqoriyalı məşqçi kursu yekunlaşdı

AFFA tərəfindən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilib. Noyabrın 6-da start götürən kursda paytaxtda fəaliyyət göstərən məktəb müəllimləri ilə bərabər, Gəncə, Zaqatala, Şəki, Cocuq Mərcanlı, Xaçmaz, Samux bölgələrini təmsil edən ümumilikdə 4-ü qadın olmaqla 29 müəllim iştirak edib. Kursun sonunda müəllimlər top və diplomlarla təltif olunublar.
81     
Reklam

Reklam