» » » REGİON LİQASI: "Şahdağ" komandası AFFA və PFL-ə MÜRACİƏT etdi!

REGİON LİQASI: "Şahdağ" komandası AFFA və PFL-ə MÜRACİƏT etdi!

REGİON LİQASI: "Şahdağ" komandası AFFA və PFL-ə MÜRACİƏT etdi!Ardıcıl iki ildir ki Region Liqasında mübarizə aparan Qusarın "Şahdağ" komandası, Azərbaycan Kubokunda iştirak etmək məqsədilə AFFA və PFL-ə müraciət edib. Premyer.az müraciəti olduğu kimi diqqətinizə çatdırır:
  
Hörmətli , AFFA və PFL rəhbərliyi !

Azərbaycan Kubokunun 2018/19 mövsümündə iştirak edəcək komandaların dəqiqləşməməsi və püşkatmanın keçrilməməsini nəzərə alaraq bildirmək istəyirik ki, ardıcıl olaraq ikinci mövsüm "Region Liqası"nda çıxış edən komandamız bu mövsüm Azərbayan Kubokunda da mübarizə aparmaq istəyir. Hazırkı potensialımız imkan verir ki, "Region Liqası" və Azərbaycan Kubokunda uğurla çıxış edək.Əminik ki,bizimlə yanaşı "Region Liqası"nda çıxış edən bəzi klublar da kubok uğrunda mübarizə aparacaq gücə qadirdilər və Azərbaycan Kubokunda çıxış etmək istəyirlər. İnanırıq ki, müraciətə müsbət cavab alacağıq.

Hörmətlə,"Şahdağ" Futbol Klubu .
@affa_official @azpfl
194     
Reklam

Reklam