» » » AFFA Region Liqasında çıxış edən 3 futbolçunu cəzalandırdı

AFFA Region Liqasında çıxış edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasında çıxış edən bəzi komandaların oyunçularına müxtəlif cəzalar verib.
 
Premyer.az Qərarları diqqətinizə çatdırır:
 
13 oktyabr 2018-ci il, Region Liqasının, "Şəki” – "Oğuz” matçının 90+4-cü dəqiqəsində "Oğuz” klubunun 3 №-li futbolçusu Ramin Əliyev və 20 №-li futbolçusu Fərid Abdullayev hakimi təhqir etdiyinə görə futbolçular 4 oyun cəzalanır (maddə 42.3).

4 noyabr 2018-ci il, Region Liqasının, "Qoşqar UGİM 2” – "Energetik” matçının 55-ci dəqiqəsində "Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
138     
Reklam

Reklam