» » » REGİON LİQASI: Azərbaycan yığmalarının şərəfini qorumuş futbolçu - "Uğur"da! FOTOLAR

REGİON LİQASI: Azərbaycan yığmalarının şərəfini qorumuş futbolçu - "Uğur"da! FOTOLAR

REGİON LİQASI: Azərbaycan yığmalarının şərəfini qorumuş futbolçu - "Uğur"da! FOTOLARRegion Liqasının ilk mövsümünün qalibi olan Sumqayıtın "Uğur" komandası bu il də öz uğurunu təkrarlamaq niyyətindədir. Buna, komandanın bu ilki mövsümün startındakı inamlı çıxışı və komandanın yeni transferləri də sübutdur.
 
Premyer.az xəbər verir ki, "İnter"in heyətində ölkə çempionatının qızıl və gümüş medallarını qazanmış, Azərbaycan Kubokunun finalçısı da olmuş, U-19 və U-21 yığmalarının şərəfini qorumuş Elnur Abdulov, bundan sonra sumqayıtlıların şərəfini qoruyacaq. "Uğur" komandasının prezidenti Vasif Maşayevin Premyer.az saytına verdiyi məlumata əsasən, futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 
 
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi karyerası ərzində "İnter"dən başqa, "Qarabağ", "Rəvan", "Araz-Naxçıvan" və "Sumqayıt" komandalarının da şərəfini qoruyub.
 
Rauf İskəndərov / Premyer.az
 

REGİON LİQASI: Azərbaycan yığmalarının şərəfini qorumuş futbolçu - "Uğur"da! FOTOLAR
161     
Reklam

Reklam