» » » REGİON LİQASI: Premyer Liqanın gümüş mükafatçısı "Şahdağ"ın heyətində (FOTOLAR)

REGİON LİQASI: Premyer Liqanın gümüş mükafatçısı "Şahdağ"ın heyətində (FOTOLAR)

REGİON LİQASI: Premyer Liqanın gümüş mükafatçısı "Şahdağ"ın heyətində (FOTOLAR)Region Liqasında Paytaxt Regionunun Şimal Zonasında çıxış edən Qusarın "Şahdağ" komandası növbəti transferini reallaşdırıb.
 
Premyer.az xəbər verir ki, komanda təcrübəli futbolçu Elməddin Hüseynzadəni heyətinə qatıb. Premyer Liqada da top qovmuş 23 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Turan - Tovuz", "Mil-Muğan", "Şərurspor", "İnter" ("Keşlə"), "AZAL" ("Şüvəlan"), "Rəvan" və "Şəmkir" komandalarının şərəfini qoruyub. 
 
Qeyd edək ki, 2014/15 mövsümündə Elməddin Hüseynzadə Bakının "İnter" klubunun heyətində Premyer Liqanın gümüş medallarını da qazanıb.
 
2017-ci ildə isə, Elməddinin kapitanı olduğu "Şirinlər" komandası, dünya futbol ulduzu Neymarın təşkil etdiyi "Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin Azərbaycan finalının qalibi olub.

 
Rauf İskəndərov / Premyer.az


140     
Reklam

Reklam