Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Region Liqasında yeni mövsümdə QADAĞA

Region Liqasında yeni mövsümdə QADAĞA

Region Liqasında yeni mövsümdə QADAĞAAzərbaycan futbolunda iki peşəkar liqa var. Bunlar Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən I Divizion və Topaz Premyer Liqasıdır. Azərbaycan Kuboku uğrunda yarış sırf bu iki liqadan olan komandaların mübarizəsindən əmələ gələn nisbətən qısamüddətli yarışdır və peşəkar statusuna malikdir. 

Ötən ildən isə Azərbaycanda daha bir yarış keçirilir. Söhbət Region Liqasından gedir. Belə ki, sentyabrın son həftəsində start götürəcək və ikinci dəfə keçiriləcək Region Liqasında 27 komandanın iştirakı nəzərdə tutulub. Qruplar barədə isə yaxın günlərdə yekunlaşma olacaq. Region liqasında yaş məhdudiyyəti olmasa da, legioner futbolçuların iştirakına qadağa qoyulub. 
Çempionatda ancaq Azərbaycan vətəndaşları iştirak edə bilərlər. 




Geri