Premyer.Az > Xəbərlər / Futbol / Yazılar / Manşet > Riad Rəfiyevin "Sumqayıt" "bazar"ı

Riad Rəfiyevin "Sumqayıt" "bazar"ı

Riad Rəfiyevin "Sumqayıt" "bazar"ı-Vallah heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!
-Onlar gələcəklər. Onlar qiyamət oynayırlar. Pullarını da qabaqcadan vermişəm.
-Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin...

Bəli, durum budur. Ötən ilin Avropa Liqası üçün mübarizə aparan klubu indi sanki özfəaliyyət klubuna çevrilib. Problem sərgilənən oyunda deyil. Söhbət ilk turda "Neftçi"yə uduzmaqda da deyil. Vallah, heç söhbət "Sumqayıt"da da deyil. Problem klubun başındadır, başçısındadır. Konkret "Sumqayıt”ın prezident Riad Rəfiyevdədir.  Oxuduqca, filmdə deyildiyi  kimi, "sən söhbətini elə" fikrini eşitmiş kimiyik. Nə deyirik, başlayaq...
Emin Mahmudov, Namik Ələsgərov, Ramil Şeydayev, Pavel Paşayev, Elçin Cəfərov, Dmitri Nağıyev...Əslində bu siyahını çox uzatmaq olar. Bəhs etdiyimiz futbolçuların adını elə belə çəkmədik.  Bu oyunçuları birləşdirən bir adam var. Riad Rəfiyev. Hə, "Sumqayıt" klubunun prezidenti. Soruşa bilərsiniz ki, axı bu futbolçuların heç biri "Sumqayıt"da oynamır, nə əlaqə? Haqlısınız. Amma məsələ bu qədər bəsit deyil. "Məsəl var, naçalnik, deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdı”. Adı çıxan Riad Rəfiyevdir. Klub prezidenti və bayaqdan adı çıxan futbolçuların meneceri. Yəni, adam bir klubun prezidentidir, başqa klublara isə futbolçu satır. "3R Sports Management” şirkəti Rəfiyevin olsa da, sırf klubdakı fəaliyyətinə görə başqa adamı orada rəhbər kimi göstərib, özü isə futbolçu "alveri” ilə birbaşa məşğul olur. "Hirslənmə, bəy, doğru söz acı olar". Çox uzağa getməyək. İlk tur "Sumqayıt"ın "Neftçi"yə məğlub olmasından sonra Rəfiyevin "3R Sports Management” (3 R – Rəfiyev Riad Rasim oğlu) şirkəti rəsmi facebook səhifəsində  Emin Mahmudovun "Sumqayıt"a vurduğu qolu bəh-bəhlə yayımlamışdı.Riad Rəfiyevin "Sumqayıt" "bazar"ı Bu günə qədər də Mahmudovun təbliğatı gedir. Yəni, klub prezidenti onun öz komandasına qol vuran "futbolçu”sunu alqışlamış olur. Riad bəy "Sumqayıt"dan başqa bütün klublarımıza azarkeşlik edir. Çünki hamısında şirkəti ilə müqaviləli futbolçusu var.  Onların "Sumqayıt"a qol vurması Riad Rəfiyevin menecerlik işinin uğuru olacaq. Dünya praktikasında belə hal yoxdur. Menecer dediyimiz şəxs, futbolçunun hüquqşünası kimidir. İstədiyi zaman futbolçuya təsir, təzyiq göstərə bilər. Dolayısı ilə, menecer fəaliyyəti ilə məşğul olan başqa bir klubun prezidenti çempionatdakı nəticəyə də təsir edə bilər. Həmin futbolçuların "kirli işlər”in iştirakçısı olmayacağının qarantını kim verə bilər? Belə olan halda I Divizionda saflıq axtarışında olan AFFA baş katibi Elxan Məmmədov Premyer Liqanının bilərəkdən ləkələnməsinə şərait yaratmış olmur? "Əşşi, nə tafootu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da" prinsipidir. Burda klub prezidenti ol, o biri tərəfdən də menecer kimi futbolçulara komanda tap. Pulunu qazan da.... Nə gözəl. "Sumqayıt" azarkeşləri isə  "hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur..." prinsipindədir, cənab Rəfiyev. Sən hələ onları yaxşı tanımırsan.  Ən yaxşısı istefa verməkdir! Gün gələcək, açdığın bazardan onlar da bezəcək. Həmin vaxt eşidəcəyin bir söz olacaq: "Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik"!
 
Premyer.az



Geri