Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Ramin Musayev: "Bu, Azərbaycanın adına ləkədi, bizim üçün təhqirdi"

Ramin Musayev: "Bu, Azərbaycanın adına ləkədi, bizim üçün təhqirdi"

Ramin Musayev: "Bu, Azərbaycanın adına ləkədi, bizim üçün təhqirdi""Çox şükür ki, qərara gələ bildik. Çempionatın taleyi bəzilərinə müəmmalı olsa da,  biz qərar verdik”. Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan çempionatının I divizionunun püşkatmasından öncə deyib.

O, çempionatın ədalətli keçirilməsinin tərəfdarı olduğunu bildirib: "Ötən il bəzi neqativ hallar baş vermişdi. Danışılmış oyunlar Azərbaycanın adına ləkədi, bizim üçün təhqirdi. Reqlamentlə bağlı, limitlə bağlı çox danışılır. Əgər 25 yaşlı futbolçu özünə buna qədər yer tapa bilməyibsə, bundan sonra da tapa bilməyəcək. Ona görə də, limitlə bağlı dəyişiklik etdik. Düzdü, ilk ildə çempionatın səviyyəsi yaxşı olmaya bilər. Ancaq ikinci il düzgün qərar verdiyimiz hər kəsə bəlli olacaq”. 
Ramin Musayev klublara gənc futbolçularla bağlı müraciət edəcəklərini bildirib: "Bəzi gənc futbolçuların əsas komandaya cəlb olunmasını klublardan tələb edəcəyik. Çünki futbolçu dərk etməlidir ki, ona diqqət var. Baş məşqçilər birinci divizionda 5 əvəzetmədən istifadə edə bilər. Bu da gənc futbolçuların inkişafı üçün nəzərdə tutulub”.




Geri