Premyer.Az > Xəbərlər / Futbol / Manşet > "Zirə"dən son dəqiqə transferi: Budaq Nəsirov gətirildi

"Zirə"dən son dəqiqə transferi: Budaq Nəsirov gətirildi

"Zirə"dən son dəqiqə transferi: Budaq Nəsirov gətirildiMövsümün startına saatlar qalarkən "Zirə” daha bir transferini həyata keçirib. Bunu "Zirə”nin ən arzuladığı transfer kimi də qələmə vermək olar. Çünki söhbət Azərbaycan futbolunun istedadlı nümayəndəsi, bir müddətdir ki, Portuqaliyada çıxış edən Budaq Nəsirovdan gedir.

"Zirə” bu keçidi həll etməklə belə demək mümkünsə, bir güllə ilə 3 dovşan vurub.
1. Budaq Nəsirov 1996-cı ildə dünyaya gəlib. Bu baxımdan "Zirə” Budaq Nəsirovu limit kimi də oynada bilər.
2. Budaq Nəsirov milli komandanın potensial üzvüdür. Futbolçu hər zaman "Zirə”ni milli komandaların məşqçilər korpusunun diqqət mərkəzində saxlayacaq.
3. Budaq Nəsirov "Turan Tovuz”da, "Sumqayıt” və "Kəpəz”də çıxış edən zaman daim diqqət mərkəzində olub. O eyni zamanda Portuqaliyanın ən öndə gələn klubu "Sportinq” klubunda beynəlxalq oyun təcrübəsi qazanıb. Odur ki, Budaq Nəsirovu hər tərəfdən "Zirə” üçün uğurlu keçid saymaq olar.   
Qeyd edək ki, Nəsirovla "Sportinq”in 2021-ci ilin iyununadək nəzərdə tutulan müqaviləsi vardı. Müqavilə hələ davam etdiyinə görə, böyük ehtimalla "Zirə” ilə "Sportinq” arasında Budaq Nəirovun keçidi ilə bağlı icarə müqaviləsi imzalanacaq. 
Transferin bu gü yekunlaşacağı gözlənilir.




Geri