Premyer.Az > Çap Et > Əliyar Ağayevdən ÇL-da qırmızı vərəqə və penalti qərarı (VİDEO)
Premyer.Az > Xəbərlər / Futbol / Premyer TV / Manşet > Əliyar Ağayevdən ÇL-da qırmızı vərəqə və penalti qərarı (VİDEO)

Əliyar Ağayevdən ÇL-da qırmızı vərəqə və penalti qərarı (VİDEO)

Əliyar Ağayevdən ÇL-da qırmızı vərəqə və penalti qərarı (VİDEO)Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.  Gənc referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  baş tutan "Zalsburq" - "Şkendiya" matçına ədaləti qoruyub.  

Avstriyada baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.  "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib.  Avstriya təmsilçisi qollardan birini penaltidən, digər ikisini isə oyun epizodundan sonra vurmağı bacarıb.  
Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb.  O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub.  Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 
Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.    




Geri