Premyer.Az > Xəbərlər / Futbol / Manşet > “Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldı

“Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldı

“Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldıAvropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Uypeşt” oyununun biletləri daha 3 məntəqədə satışa çıxarılıb. Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları, həmçinin "Rahat market”in "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazaları ilə yanaşı, "Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli mağazalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.



Geri