Premyer.Az > Xəbərlər / Futbol > “Baltsan” - “Keşlə” matçının stadionu və saatı dəyişdirildi

“Baltsan” - “Keşlə” matçının stadionu və saatı dəyişdirildi

“Baltsan” - “Keşlə” matçının stadionu və saatı dəyişdirildi"Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın "Baltsan” klubuna qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib. Qarşılaşma iyulun 12-də Ta Qalidəki "Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.
Bu komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda keçiriləcək.



Geri