Premyer.Az > Xəbərlər / Futbol > “Qarabağ” Sloveniyaya yola düşür

“Qarabağ” Sloveniyaya yola düşür

“Qarabağ” Sloveniyaya yola düşürAzərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək son çempion "Qarabağ” Avstriya toplanışını davam etdirir.  Ağdam klubu bu gün sözügedən ölkədəki təlim-məşq toplanışını başa vuracaq. İyunun 21-dən Avstriyada hazırlıq keçən Qurban Qurbanovun komandası sabah Sloveniyaya yollanacaq.
Qeyd edək ki, Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində məhz Sloveniya çempionu "Olimpiya” ilə qarşılaşacaq. İlk oyun səfərdə olduğundan, "Qarabağ” bu ölkəyə elə birbaşa Avstriyadan gedəcək.
"Qarabağ”ın "Olimpiya” ilə ilk oyunu iyulun 11-də Lyublyanada, cavab görüşü isə ayın 18-də Bakıda keçiriləcək.



Geri