Premyer.Az > Çap Et > "Neftçi"dən ilk transfer
Premyer.Az > Xəbərlər / Futbol / Manşet > "Neftçi"dən ilk transfer

"Neftçi"dən ilk transfer

"Neftçi"dən ilk transfer"Neftçi” PFK 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. Tural Axundov 1 (bir) illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi komandanın heyətində 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan yeni futbolçumuz, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.



Geri